- 12:38
Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud ölkəsinin bütün şəraitlərdə qlobal enerji təchizatını təmin etməyə davam edəcəyini bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi, İtaliya və Nigeriyanın da iştirak etdiyi 17-ci Beynəlxalq Enerji Forumunun (IEF17) nazirlər səviyyəsində iclasının açılışında danışıb.
Bin Salman regional gərginlik və enerji bazarlarındakı çətinliklərə baxmayaraq, ölkəsinin enerji təchizatının etibarlılığını qorumaq və investisiyaları davam etdirmək imkanına malik olduğunu vurğulayıb.
O, Şərq-Qərb neft boru kəmərinin enerji sisteminin dayanıqlığını gücləndirdiyini və Qırmızı dəniz vasitəsilə alternativ nəqliyyat marşrutu yaratdığını qeyd edib. Nazir enerji təhlükəsizliyinin beynəlxalq məsuliyyət olduğunu bildirərək, neft, qaz və bərpa olunan enerji də daxil olmaqla müxtəlif mənbələri əhatə edən yanaşmanın vacibliyini vurğulayıb.
Forum iştirakçıları isə mülki infrastruktura hücumlardan sonra Səudiyyə Ərəbistanı ilə həmrəyliklərini ifadə ediblər.
Şəbnəm Mehdizadə