Rezai: ABŞ İranın yeddi şərtindən bəzilərini qəbul edib


  • 12:16

ABŞ İranın müharibəyə son qoymaq üçün irəli sürdüyü yeddi şərtdən bəzilərini qəbul etsə də, rəsmi Tehran Vaşinqtonun cavabını qeyri-kafi hesab edir.

E-huquq.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

Rezai ABŞ Prezidenti Donald Trampı İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri altında müharibəyə başlamaqda ittiham edib. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını yenidən açmaq cəhdlərini tənqid edərək, Vaşinqtonun vəziyyətini kəskin ifadələrlə şərh edib.

İran rəsmisi ölkəsinin diplomatik yanaşmasının dəyişdiyini vurğulayaraq, əvvəlki status-kvoya qayıdışın mümkün olmayacağını da əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər