Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb


  • 3 Avqust 2024 10:40

Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, avqustun 2-də gecə saatlarında Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Pərviz Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Kamran Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır".

Oxşar xəbərlər