Hakimliyə namizədlərlə yazılı imtahan keçirildi


  • 28 İyun 2022 16:48

Bu gün hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən onlarla tədrisin nəticələri üzrə Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib.

E-huquq.az xəbər verir ki, imtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

4 saat davam edən imtahanda namizədlər verilmiş kazus xarakterli məhkəmə işlərini həll etməklə, cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

Oxşar xəbərlər