- 8 Dekabr 18:09
Göygöldə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Ayxan Nağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, hadisə Göygölün Mollacəlilli kəndində baş verib. Belə ki, Nəsrəddin Əhmədovun həmkəndlisi Ayxan Nağızadə barəsində nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə yaranıb. Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə