Xuliqanlıqda təqsirləndirilən idmançıların istintaqı tamamlanıb


  • 25 May 13:27

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

E-huquq.az-ın verdiyi məlumata görə, artıq təqsirləndirilən şəxslərin vəkilləri istintaq materialları ilə tanış olublar.

Toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 20 gün (məhkəmənin hazırlıq iclasına kimi) uzadılması ilə bağlı ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat göndərilib.

Bu gün Xətai Rayon Məhkəməsində təqdimata baxılıb. Qərara əsasən, təqdimat təmin edilib.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər