Nazirlər Kabineti daha 2 Vahid Formanı təsdiq etdi


  • 10 İyul 2020 17:50

Nazirlər Kabineti “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nı və “Ticarət festivalları dövründə fiziki şəxslərin ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nı təsdiq edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2 sentyabr 2016-cı il və 13 aprel 2017-ci il tarixli eyni qərarları ləğv olunub.

Oxşar xəbərlər