Azərbaycanda yeni qanun layihəsi hazırlanacaq


  • 20 Avqust 2021 15:16

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” tətbiqi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti doqquz ay müddətində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin, Nazirlər Kabineti 9 ay müddətinə enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Həmçinin enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının formasını, verilməsi qaydasını, onun qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası və enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

Enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq olunacaq. Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək. Nazirlər Kabineti həm də məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları, enerji menecment sisteminə dair tələbləri, enerji effektivliyi müqaviləsinin nümunəvi formasını və şərtlərini, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydasını, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasını və qiymətləndirmə meyarlarını , binalar üçün minimum enerji effektivliyi normalarını, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Energetika Nazirliyinin təklifləri əsasında enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Həmin Qanunda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı təkliflər beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.

Oxşar xəbərlər