Azərbaycanın Belarusdakı səfiri geri çağırıldı


  • 9 Dekabr 2023 11:57

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılır.

Oxşar xəbərlər