Türkiyədə avtobus minik avtomobili ilə toqquşdu - Ölən və xəsarət alanlar var


  • 27 Sentyabr 23:50

Türkiyədə şəhərlərarası avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 7 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə "NTV" telekanalı təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

Qəza bazar günü Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətinin Nurdağı rayonunda baş verib. Avtobus Qaziantep-Osmaniyə avtomobil yolunun bir hissəsində minik avtomobili ilə toqquşub və aşıb.

İlkin məlumata görə, avtobus yerli sakinləri daşıyırmış.

Oxşar xəbərlər