- 27 Sentyabr 23:50
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus sualtı pilotsuz aparatın Hörmüz boğazında ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.
E-huquq.az xəbər verir ki, bu barədə CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins Qətərin “Al Jazeera” telekanalına bildirib.
“Biz hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarımız üzərində etibarlı nəzarətə malikik”, - deyə o vurğulayıb və İran tərəfinin iddialarını “açıq-aşkar ümidsizlik təzahürü” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı casusluq fəaliyyəti ilə məşğul olduğu ABŞ-nin "Remus 6002 muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini iddia etmişdi.