Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edildi


  • 20:43

Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə "Associated Press" yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edib. Bazaya doğru hərəkət edən üç nəqliyyat vasitəsi şübhə doğurub. Onlar sonra terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs ediliblər.

Londondan təxminən bir saat yarım məsafədə yerləşən qərbi İngiltərədəki Ferford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları və avadanlıqları cəlb olunub.

AP xatırladır ki, baza ABŞ hərbçiləri tərəfindən İrana qarşı zərbələr endirmək üçün istifadə olunub.

Oxşar xəbərlər