Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2340
    1,7000
    2,0120
    0,0232
AZ
RU

Ağstafada şəhidin dəfn mərasimi keçirilir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfin mərasimi keçirilir.

E-huquq.az-ın məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Mənbə: Report

CoronaVirus