Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib


  • 15 Sentyabr 2021 15:36

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

E-huquq.az xəbər verir ki, diplomatın Bakıda bir sıra rəsmi şəxslərlə görüşləri zamanı Azərbaycanla Aİ arasındakı əməkdaşlıq və başlıca regional məsələlər, habelə təhlükəsizlik və humanitar vəziyyət müzakirə olunacaq. Səfər ayın 19-da başa çatacaq.

Qeyd edək ki, T.Klaar bundan əvvəl Ermənistana səfər edib.

Oxşar xəbərlər