- 19:32
Türkiyə Azərbaycanla Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin iki ölkə arasında sülhü təmin edəcək bir razılaşma ilə nəticələnməsini arzulayır.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.
Qeyd olunub ki, Türkiyə daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstəyək verməyə hazırdır.