Psixoloji travmalardan necə qurtula bilərik? - Lalə Ələkbərova yazır...


  • 24 Noyabr 2021 12:32

İnsanlar cəmiyyətdə müxtəlif mənfi hadisələrlə qarşılaşır. Bəzən əhəmiyət vermədən üzərindən keçdiyimiz xoşagəlməz hallar, beynimizin bir küncündə blokaj şəklində yığılır və həyatımızın gedişatında bizə öz travmatik təsirini göstərir.

Travma nədir?

Travma psixoloji olaraq daxili hüzurun pozulması ilə özünü göstərən bir vəziyyətdir. Travmanı necə qavradıgımız həyat keyfiyyəti üzərindən olduqca əhəmiyyətli təsirə malikdir. Mentolitet baxış bucagına görə, travma psixoloji ya da tibbi bir narahatlıqdır deyə bilərik. Məsələn, bədən travma vəziyyətində dərin reaksiyalar göstərir. Baş verən hadisəyə hazırlandıqda gərginləşir, qorxduqda büzülür, terror qarşısında çarəsiz qaldıqda isə donur və çökür.

Zehnin verdiyi qoruyucu reaksiya normala qayıtdıqda bədən reaksiyalarının da hadisənin ardından normala qayıtması gözlənilir. Bu müddətin qarşısı alındıqda isə hadisənin təsiri özünə yer edir və aidiyyatı insan travmaya məhkum olur. Mənfi hadisənin sağalmasının açarı sıx neqativ duyğulardan başqa, həm də fiziki hisslərdir. Bunu birmənalı şəkildə anlayın ki , travma sizin qismətiniz olmaq məcburiyyətində deyil! Modern həyatın hər istiqamətinə sirayət edir. Sadəcə müharibə şəraitində olan əsgərlər, təcavüz və ya sui-istifadə qurbanları deyil, həmçinin bir çoxumuz travmaya məruz qalmışıq. Travma həm də nəticələri yönündən geniş miqyaslıdır. Məsələn, partlayışlar, qəzalar, ciddi xəstəliklər, ani itkilər (sevdiyimiz birnin ölümü) əməliyyatlar, çətin doğuşlar da buna daxildir.

Travma əlamətlərinin aradan qalxmasının açarı fiziologiyamızda gizlidir. Qurtulmağımızın mümkünsüz olduğunu qavradığımız bir vəziyyətlə üz-üzə gəldikdə və ya həddən artıq hədə-qorxuyla qarşılaşdıqda insanlar da, heyvanlar da hərəkətsizlik reaksiyasını istifadə edir. Bu funksiyanı anlamaq üçün vəziyyətin istəkdən xaric olduğunu ağlımızda saxlamağımız çox mühümdir. Həll olmamış travma bizi artıq dərəcədə tədbirli və utancaq edə bilir. Ya da bizi təhlükənin təkrarına sövq edən çarx kimi, qurban vəziyyətinə və ağlagəlməz təhlükələrlə qarşı-qarşıya olmağa sövq edir. Travmalarımızı aradan qaldırmadığımız təqdirdə uğursuz olduğumuzu hiss edir və ya bizə yardım etmək üçün üz tutduğumuz insanlar tərəfindən xəyanətlə qarşılaşırıq.

Statistikaya görə, qadınların üçdə biri, kişilərin isə beşdə biri uşaq ikən cinsi istismara məruz qalır. Cinsi istismar travmaya səbəb olan hadisələrdən sadəcə biridir. Travmaya məruz qalan insanlar sonradan simptompların təməldə, qorxuya ilişib qalan tamamlanmamış fizioloji reaksiyalarını biruzə verir. Həyati təhlükə kimi görünən vəziyyətlərdə və ya təzyiq altında qaldıqda verilən reaksiyalar tamamlanana qədər simptomlar özünü göstərir. Travma sonrası stress bunun bir örnəyidir. Reaksiyalar tamamlanana qədər simptomlar ortadan qalxmır. Məsələn, təcavüz qurbanı, sui-istifadə edilmiş bir uşaq da sıx təzyiq altında əzilib bu vəziyyətlə qarşı-qarşıya qalmış olurlar. Özlərini “savaş ya da qaç” funksiyası seçimlərdən birinə yönəltməyi bacarmadıqda isə donur və sanki dünya başlarına yıxılır. Bu enerjini boşalda bilənlər isə özlərini toparlaya bilirlər.

Bildiyiniz kimi, canlılarda donma reaksiyasına cavab olaraq yaşanan mənfi situasiyanı aşmaqdansa, buna əks olaraq, getdikcə artan sarsılmış simptomla ifadə edilən geriyə dönüş bir döngüyə girmiş oluruq. Burada ailə və sosial çevrəmizdən dəstək almağa ehtiyac var. Bu dəstək və yardım sayəsində bizi tamamlamağa, bir olmağa və ən nəhayət rahatlığa aparan zamanla inam və motivasiya verə bilərik. Təlaşlı titrəyişlərdə, getdikcə artan həyacana doğru hərəkət edən bədən, doğuşdan gələn daxili yaxşılaşma tutumuna travmanın yaratdığı donmanı buz dağı tək əridir.

Travma o qədər geniş yayılıb ki, bir çoxları varlığının belə fərqində deyil. Hər kəs travma yaşayır. Yaşadığımız travma bizi həyatımızın geri qalan hissəsində travma sonrası stress pozuntusuna məruz buraxır. Həyatımızın hər hansı nöqtəsində travmatik hadisə başımızdan keçmişdir. Simptomlar illərlə gizli qala bildiyi üçün bəzilərimiz bu əlamətləri hələ fərq etməmiş ola bilərik. Bu baxımdan travmanın həm səbəbləri, həm də əlamətləri çox müxtəlifdir.

Travma sağala bilir, daha da asanı qarşısı alına bilir. Ən qəribə travma əlamətləri belə, özümüzü təbii, bioloji intuisiyamıza buraxaraq onların bizə rəhbərlik etməsinə icazə verdiyimizdə həllini tapır. Ciddi dərəcədə travma almış insanlar ən çox mücadələ etdikləri məsələlər belə dilə gətirirlər ki, hər şeydən qorxmağa başlayır. Məsələn, kimsə səhər yuxudan oyananda yataqdan qalxmağa qorxuğunu, başqası evdən çölə çıxıb yeriməyə qorxduğunu, digəri isə ölümdən hədsiz çox qorxduğunu deyir. Kimsə bir gün öləcəyimdən deyil, bir neçə dəqiqə sonra öləcəyindən, başqa biri qəzəblənməyindən və həm də başqalarının ortada hər hansı əsaslı bir şey olmasa belə qəzəblənməsindən qorxur. Başqa biri rədd edilməkdən və ya tərk edilməkdən, digəri isə uğurdan və uğursuzluqdan qorxur.

Travmalı bir insan hiss etdiklərini belə ifadə edir: “Sinəmdə ağrı hiss edirəm. Hər gün qollarım və ayaqlarımda gizilti və uyuşma olur. Demək olar ki, hər gün şiddətli sinir ağrılarına məruz qalıram. Həyatımın çoxu acı içində keçir. Artıq dözə bilməyəcəyimi hiss edirəm. Baş ağrılarım var. Daim əsəbiyəm. Nəfəs daralması, taxikardiya, yönsözlük və panika mənə sıxıtı verir. Daim üşüyürəm və ağzım quruyur, udqunmaqda çətinlik çəkirəm. Enerjim və motivasiyam yoxdur. Etdiyim hər hansı bir işi bitirdiyimdə qane olmaq hissi yaşamıram. Sıxılıram, içim daralır. Fikirlərim qarışıqdır, zehin bulanıqlığı yaşayıram. Hər zaman çarəsiz və ümidsizəm. Nəzarət edə bilmədiyim qəzəb partlayışları və depresiyam var”.

Travmadan necə qurtulmaq olar?

Bütün bunlar ağır travmanın səbəb olduğu dərin fəsadlardır. Lakin travmanı uğurlu bir şəkildə yenidən qurduqda varlığımızda təməl bir yerdəyişmə meydana gəlir. İnsanın öz sağlamlığına yenidən qayıdışı, bir şeyi dəyişdirmə müddətlə baş verir. Travmatik bir hala keçid edərkən, sinir sistemimizdə, duyğularımızda, emosional qavrama yolu ilə sınaqdan keçirdiyimiz beyində dərketmə prosesində təməl dəyişiliklər baş verir. Sinir sistemi hərəkətsizlikdən alışqanlığa doğru yön dəyişdirir, duyğular qorxu ilə cəsarət arasında dalğalanır və anlama dar çərçivədən geniş çərçivəyə keçir. Duyğularımız bizi aşağı çəkmək yerinə yuxarıya yüksəldir. Neqativ hadisələrin öz həllini tapacağına ümid edirik. Təlaş, narahatlıq yerinə güvən duyğusu yer alır.

Hər birimiz, bizdə travma yaradan yaralarımızı sağaltmaq mövzusunda cavabdehlilik almalıyıq. Bunu özümüz, ailəmiz və daha geniş ölçüdə cəmiyyətimiz üçün etməliyik. Bir-birimizlə bağlantı qurmağa ehtiyacımız olduğundan sözügedən sağalma müddətində cəmiyyətdən dəstək almalıyıq. Travma sağala bilir və bununla kifayətlənməyib, həm də doğru dəstəklə psixoloji yenidənqurma əldə edilir.

Lalə Ələkbərova, klinik psixoloq

Facebook: Psixoloq Lale Elekberova

Instagram: psixoloq.lale.elekberova

Əlaqə nömrəsi: (+994) 50 661 00 20

Oxşar xəbərlər