Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


  • 22 Yanvar 2022 16:39

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

Oxşar xəbərlər