Mərkəzi Bank “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”na cərimə yazdı


  • 25 Yanvar 2023 13:47

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsinə görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Eltac Nurullazadə

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu