Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi


  • 13 Yanvar 22:41

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb".

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı e-huquq.az-a açıqlamasında Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiq olduğunu və Azərbaycan Ordusunun atəşkəsi heç bir halda pozmadığını bildirib.

Oxşar xəbərlər