Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işçilərin maaşı artırıldı


  • 17 Yanvar 2022 12:06

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

300

2

312

3

325

4

338

5

353

6

367

7

383

8

398

9

415

10

432

11

450

12

468

13

487

14

508

15

528

16

549

17

604

18

725

19

979

Qeyd edək ki, bundan əvvəl dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

250

2

260

3

271

4

282

5

294

6

306

7

319

8

332

9

346

10

360

11

375

12

390

13

406

14

423

15

440

16

457

17

529

18

666

19

906

Oxşar xəbərlər