Azərbaycanda qaz sayğaclarına müdaxilə kəskin azalıb


  • 25 Noyabr 2022 11:45

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2022-ci ilin əvvəlindən 650 minə yaxın dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, artıq bunların 250 mini yenisi ilə əvəz edilib.

E-huquq.az xəbər verir ki, bunu Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında deyib.

O bildirib ki, çıxarılan sayğacların yoxlanılması nəticəsində kənar müdaxilə faktlarının azalması qeydə alınıb.

Rövşən Məhyəddinovun sözlərinə görə, 2020-ci ildə yoxlama üçün çıxarılan sayğacların 13 min ədədində kənar müdaxilə faktları aşkar olunub, 2021-ci ildə bu göstərici 20,8 min səviyyəsində olub, 2022-ci ildə isə 8,9 minə enib.

Oxşar xəbərlər