Türkiyədə prokuror qətlə yetirilib


  • 13:18

Türkiyənin İstanbul şəhərində dövlət ittihamçısı qətlə yetirilib.

E-huquq.az xəbər verir ki, İstanbulun Çağlayan Ədliyyəsində çalışan prokuror Ercan Kayhan axşam saatlarında restoranda hücuma məruz qalıb.

Boğazından bıçaqlanan prokuror hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxsin prokurorla daha əvvəl ədavəti olan 19 yaşlı Mustafa Can Gül olduğu məlum olub.

Ədliyyə naziri Yılmaz Tunç mərhum prokurorun ailəsinə və yaxınlarına başsağlığı verib.

Hadisənin təfərrüatı araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər