Türkiyədə 60 məktəbli qidadan zəhərlənib


  • 16:33

Türkiyənin Mardin şəhərində məktəbdə kütləvi zəhərlənmə olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, səhər yeməyini yedikdən sonra şagirdlərin halı pisləşib.

60 məktəbli ürəkbulanma, qusma şikayətləri ilə xəstəxanalara çatdırılıb.

Müalicədən sonra şagirdlərin səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər