Etirazçılar Ermənistan XİN-in binasına girişi bağlayıb


  • 24 May 2022 09:46

Ermənistanda “Müqavimət” müxalif hərəkatının tərəfdarları paytaxt İrəvanda yenidən etiraz aksiyası keçirir.

E-huquq.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hərəkatın koordinatorlarından biri İşxan Saqatelyan etirazçıları Ermənistan Xarici İşlər Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlamağa çağırıb. Nəticədə aksiya iştirakçıları polisin qurduğu canlı səddi aşaraq binanın giriş və çıxışlarını bağlayıblar.

“Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş və çıxışları bağlamaq lazımdır”, - deyə Saqatelyan söyləyib.

Oxşar xəbərlər