Rusiyada məktəbdə atışma törədənin kimliyi məlum oldu


  • 26 Sentyabr 2022 14:29

İjevsk şəhərində yerləşən 88 saylı məktəbə hücum edən şəxsin kimliyi məlum olub.

E-huquq.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hücum edən şəxs İjevsk sakini və bu məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artem Kazantsevdir. O, hücumdan sonra intihar edib.

Rusiya İstintaq Komitəsi onun yaşadığı yerdə axtarışların aparıldığını açıqlayıb: "Onun neofaşist baxışlarına və nasist ideologiyasına malik olub-olmadığı araşdırılır".

Oxşar xəbərlər