- 10 Dekabr 22:50
Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda meşə yanğını olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün 8 yanğınsöndürən maşın, 2 su tankeri, 2 helikopter, 1 ekskavator və 75 canlı qüvvə ilə cəlb olunub.
Qısa müddətdə yanğın söndürülüb, hazırda ərazidə soyutma işləri aparılır.
Yanğın zamanı 1 hektar meşə sahəsinin zərər gördüyü bildirilib.
Şəbnəm Mehdizadə