- 9 Oktyabr 23:29
Rusiya qoşunları ötən gecə raketlər və “Şahed” tipli kamikadze dronlarla Ukrayna ərazisinə hücum edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Qeyd olunub ki, Ukrayna qoşunlarının mövqeləri ilə yanaşı, mülki infrastruktur da atəşə tutulub: "Ruslar gün ərzində bir raket və 56 hava zərbəsi endirib, həmçinin Ukrayna qoşunlarının hər iki mövqelərinə və mülki hədəflərə çoxsaylı reaktiv raket sistemlərindən 85 hücum həyata keçirib. Rusiyanın hücumları nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Yaşayış evləri və digər mülki infrastruktura da ziyan dəyib".
Şəbnəm Mehdizadə