Türkiyənin 4 şəhərində FETÖ-yə qarşı əməliyyatda 7 nəfər sxlanılıb


  • 8 Dekabr 2023 11:43

Türkiyənin 4 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstabul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 2014-cü ildə keçirilən dövlət qulluğuna qəbul imtahanına FETÖ-yə aid hazırlıq evlərində hazırlaşdığı məlum olan namizədlərdən bəzilərinin şəxsiyyəti müəyyənləşib

Bəzi qadınların isə bu evlərə cavabdeh olduqları və hələ də ictimai sektorda fəal işlədikləri müəyyən edilib.

Bununla əlaqədar İstanbul, Qaziantep, Isparta və Dənizlidə təşkil edilən əməliyyatlarda 7 şübhəli şəxs saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər