Ədirnədə 14 qanunsuz miqrant saxlanılıb


  • 24 May 10:47

Türkiyənin Ədirnə şəhərində 14 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ədirnə polisi gecə yarısı Cənub Dairə Yolu üzərində Bolqarıstan nömrəli avtomobilin sürücüsünə "dayanması üçün xəbərdarlıq edib.

Polisin xəbərdarlığına tabe olmayaraq qaçan Bolqarıstan nömrəli avtomobil qəzaya uğrayıb.

Sürücü və 2 nəfər sərnişin hadisə yerindən qaçıb.

Avtomobildə Suriya, Fələstin və İraq vətəndaşı olduğu müəyyən eidlən14 qeyri-qanuni miqrant yaxalanıb, 1 rezin qayıq ələ keçirilib.

Qaçan 3 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər