"Hakim 10 dəqiqə gecikməklə bağlı xahişimi nəzərə almayıb iddianı baxılmamış saxladı"


  • 2 İyun 2022 12:50

Vəkil Elvin Yusifov məhkəmə iclasına gecikdiyinə görə hakimin iddianı baxılmamış saxlamasından narazılıq edib.

E-huquq.az-a müraciət edən vəkil iclasa 10 dəqiqə gecikəcəyi barədə əvvəlcədən məlumat versə də, hakimin bunu nəzərə almadığını deyib.

"Bu gün icraatımda olan mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun icraatında olan və 11:10-a təyin edilmiş məhkəmə prosesinə 10 dəqiqə gecikəcəyimlə bağlı məhkəmə iclas katibinin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək məlumat versəm də, hakim tərəfindən iddia baxılmamış saxlanıldı. Hakim Habil Əhmədovdan uzun müddətdir davam edən işi qabaqcadan məlumat verməyimə baxmayaq, baxılmamış saxlanmasının ən azı ədalətsizlik olduğunu desəm də, "çıx get burdan ... sən məndən xahiş etmək əvəzinə, bu nə danışıqdır?" deməklə özünü vətəndaşlara xidmət etməli olan şəxs kimi deyil, qanundan üstün şəxs kimi aparırdı", - deyə o qeyd edib.

E.Yusifov hakimin bu addımın qərəzli olduğunu bildirib: "Dəfələrlə məhz elə Habil Əhmədovun icraatında olan işlər üzrə saatlarla gözləmişəm və heç vaxt belə prosesual pozuntularla bağlı şikayət etməmişəm. Amma səhv etmişəm. Bu gündən sonra 1 dəqiqə gecikməyə görə şikayət edəcəm. Hakim Habil Əhmədov əvvəldən 10 dəqiqə gecikmə ilə bağlı xahişi nəzərə almırsa, nəticədə uzun müddət davam edən işi baxılmamış saxlayırsa, bunun qərəzdən başqa adı yoxdur".

Vəkil onu da deyib ki, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edəcək.

Hakim Habil Əhmədov da vəkilin ittihamlarına cavab verib. Sözügedən açıqlama ilə buradan tanış ola bilərsiniz.

Xəyalə Bünyatova

Oxşar xəbərlər