Qanunsuz miqrasiya təşkil etməkdə təqsirləndirilən Pakistan vətəndaşına hökm oxundu


  • 1 Avqust 2024 14:31

Külli miqdarda dələduzluqda və qanunsuz miqrasiya təşkil etməkdə təqsirləndirilən Pakistan vətəndaşı Bilal Muhammad Naeemin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, Bilal Muhammad Naeem 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pakistan vətəndaşı olan Bilal Muhammad Naeem 18 pakistanlının qanunsuz miqrasiyasını təşkil edib. Onlara qarşı 51 min manat dələduzluq edib.

Pakistan vətəndaşına qarşı 178.3.2-ci (külli miqdarda dələduzluq) və 318-1.2.3 (qanunsuz miqrasiyanın təşkili) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər