Bakıda müşahidəyə götürülən COVID-19 xəstələrinin sayı açıqlandı


  • 10 İyul 2020 18:02

“Ölkəmizdə koronavirus xəstələri ilə bağlı ən böyük yük Bakının payına düşür”.

E-huquq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda Bakı üzrə evdə müşahidəyə götürülən xəstələrin sayı 10 202-dir. Onların arasında uşaqlar da var. Evdə müşahidənin regionlarda tətbiqinə hələ ki, zərurət yoxdur. Zərurət olarsa, buna da baxılacaq”, o bildirib.

Oxşar xəbərlər