Baş nazir qərar imzaladı


  • 30 Sentyabr 16:42

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası təsdiqlənib.

E-huquq.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:

1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;

3. ilkin zəruri təmir-bərpa işləri;

4. ictimai asayişin qorunması;

5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;

6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;

7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;

8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;

9. xəbərdar etmə və maarifləndirmə.

Oxşar xəbərlər