- 12:38
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, həlak olan şəxs Pakistan vətəndaşıdır. Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Hücum nəticəsində hava limanına maddi ziyan dəyib. Hazırda ziyanın miqyası qiymətləndirilir.
Şəbnəm Mehdizadə