- 00:10
İranın XİN başçısı Abbas Əraqçi ABŞ-nin İslam Respublikasına yeni hücumlar həyata keçirməyə cəhd edə biləcəyini bildirib, lakin qaçılmaz cavab barədə xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, nazir bununla bağlı "X"də paylaşım edib.
"Keçən dəfə "işləri sona çatdırmaq" istəyəndə İran daha da gücləndi. Şansınızı yenidən sınamaq istəyirsiniz? Buyurun. Ancaq diqqətli olun: bizim də bitməmiş işlərimiz var", - o yazıb.
Əraqçinin bəyanatı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Tehrana qarşı işi tezliklə başa çatdıra biləcəyini" xəbərdarlığından sonra gəlib.