İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi


  • 20:22

İranın cənubunda, Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib.

E-huquq.az xəbər verir ki, hadisə Hörmüzqan əyalətinin Sirik şəhəri ətrafında qeydə alınıb.

Yerli sakinlər Kuhestak bölgəsində və Sirik şəhərinin bir neçə hissəsində partlayış səsləri eşitdiklərini bildiriblər.

Qeyd edək ki, Sirik şəhəri Hörmüz boğazının şərqində, Oman körfəzi sahilində yerləşir.

Partlayışların səbəbi, mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Oxşar xəbərlər