Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artır


  • 15:41

Yunanıstanda havaların soyumasına baxmayaraq, Qərbi Nil virusuna yoluxma halları qeydə alınmaqda davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanda payız fəslinin başlamasına və havanın temperaturunun aşağı düşməsinə baxmayaraq, Qərbi Nil virusunun yayılması davam edir. Oktyabrın ikinci həftəsində ölkədə daha 9 yoluxma halı müəyyən edilib, virus səbəbindən 2 nəfər həyatını itirib.

Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək ölkə üzrə ümumilikdə 452 Qərbi Nil virusuna yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, oktyabrın 9-dan 15-dək aşkarlanan 9 yeni yoluxma ilə yanaşı, virusun səbəb olduğu ölüm hallarının ümumi sayı 49-a yüksəlib.

Ölkədə Qərbi Nil virusuna ən çox yoluxma halı paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsində qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər