İsrail ordusu Livanın cənubundakı ərazilərə zərbələr endirib


  • 15:10

İsrail ordusu Livanın cənubundakı ərazilərə hava və artilleriya zərbələri endirib.

E-huquq.az Livanın rəsmi NNA-ya istinadən xəbər verir ki, İsrail təyyarələri Sur şəhəri yaxınlığındakı Mənsuri qəsəbəsini hədəfə alıb. Artilleriya zərbələri isə Sirbin və Zibqin dərələrinə, eləcə də Bint Cəbeil rayonu ətrafına endirilib. İsrail hərbçiləri Kfar Tebnit və Şərqi Zəvtər qəsəbələrində də partlayışlar törədiblər.

Livan hökumətinin məlumatına görə, hücumlar nəticəsində ölkədə məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Livan Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən oktyabrın 12-dək İsrailin hücumları nəticəsində azı 4 389 nəfər həlak olub.

Qeyd edək ki, İsrail və Livan arasında atəşkəs aprelin 17-də qüvvəyə minib və sonradan bir neçə dəfə uzadılıb. İyunun 26-da isə tərəflər ABŞ-nin vasitəçiliyi ilə mübahisələrin həlli və uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş çərçivə sazişi imzalayıblar. Saziş İsrail qüvvələrinin işğal altında saxladıqları Livan ərazilərindən mərhələli şəkildə çıxmasını və danışıqların davam etdirilməsini nəzərdə tutur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər