Ötən ay 52 nəfər Azərbaycana readmissiya edildi


  • 21:54

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.

Bu barədə e-huquq.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.

Oxşar xəbərlər