Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq


  • 13:26

Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

Oxşar xəbərlər

  • 15 Oktyabr 12:39
Sabah hava necə olacaq?