- 17 Oktyabr 22:55
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
E-huquq.az xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqəti bayram pavilyonunun çıxışında baş verib.
Polisin məlumatına görə, yağış zamanı ərazidə insanların həddindən artıq çox toplaşması izdihama səbəb olub.
Hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, hadisə nəticəsində təxminən 35 nəfər xəstəxanaya çatdırılıb.
"ANI" agentliyinə danışan şahidlərdən biri izdiham zamanı çox sayda ziyarətçinin huşunu itirdiyini bildirib.