- 16:40
İran Hörmüz boğazına tam nəzarət edir.
E-huquq.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi söyləyib.
Hatəmi boğazdan gəmi keçidinin ciddi şəkildə məhdudlaşdırıldığını bildirib.
Generalın sözlərinə görə, Hörmüz boğazının qərb hissəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), şərq hissəsinə - Oman dənizi istiqamətinə isə İran Ordusunun Hərbi Dəniz Qüvvələri nəzarət edir. O, boğazın açıq olması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini irəli sürüb.
Hatəmi bildirib ki, indiyədək heç bir düşmən gəmisi Oman dənizinə daxil olmağa cəsarət etməyib. Onun iddiasına görə, bu istiqamətdə hərəkət etməyə cəhd göstərən üç gəmi ardıcıl hücumlara məruz qalıb.
İranın mövqeyindən geri çəkilməyəcəyini vurğulayan general qeyd edib ki, Tehranla razılaşdırmadan Hörmüz boğazından keçməyə çalışan bir sıra gəmilər ya minalarla üzləşib, ya da hücumlara məruz qalıb.
Şəbnəm Mehdizadə