Biləsuvarda maşın aşdı, iki nəfər öldü, üç nəfər xəsarət aldı - YENİLƏNDİ


  • 17 Oktyabr 18:13

Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) 17.10.2026-cı il tarixində saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

***

15:24

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb.

Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.

Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

14:25

Biləsuvarda ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər