Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı


  • 14:28

Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Oxşar xəbərlər