Xırdalanda yaşayış kompleksindəki yanğın söndürüldü - FOTO - YENİLƏNDİ


  • 09:46

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilməyib.

Xəsarət alan olmayıb.

***

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş verən yanğın məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı qısa müddətdə alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Oxşar xəbərlər