- 17 Oktyabr 23:27
Kanadadakı "Ueynrayt" hərbi bazasında baş verən partlayış və yanğın nəticəsində azı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Global News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə atəş təlimləri zamanı baş verib. İlkin məlumatlara əsasən, təlimlərin gedişində baza ərazisindəki qaz kəməri zədələnib. Bu isə partlayışa və ardınca yanğına səbəb olub.
Qeyd olunub ki, bazanın yerləşdiyi Alberta əyalətində əsən güclü külək alovun yayılmasını sürətləndirib.