Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı


  • 22:12

Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 272 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, saxlanılanlardan 160-dan çoxu paytaxt Parisdə tutulub.

Yelisey çöllərində keçirilən icazəsiz nümayiş zamanı polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Bildirilib ki, 100-dən çox aksiya iştirakçısı Fransa hakimiyyətinin siyasətini tənqid edərək polis əleyhinə şüarlar səsləndirib.

Etirazçılar Yelisey sarayının yaxınlığında avtomobillərin hərəkətini qismən məhdudlaşdırdıqdan sonra polis aksiyanı dağıdıb.

Təhlükəsizlik məqsədilə Klemanso meydanından Konkord meydanına qədər nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində kütləvi nümayişlər keçirilir. Həmkarlar ittifaqlarının hesablamalarına görə, aksiyalara 500 mindən çox insan qatılıb.

Bəzi şəhərlərdə etirazlar iğtişaşlara və polislə qarşıdurmalara çevrilib.

Oxşar xəbərlər