XİN Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verdi


  • 8 Avqust 09:43

“Kerala ştatında baş vermiş təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığımızı ifadə edirik”.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Kerala ştatında təyyarə qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Yaralıların tez bir zamanda sağalmalarını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, ötən gün Hindistanın “Air India Express” hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

Oxşar xəbərlər