İndoneziyada bərə qəzasında itkin düşən 52 nəfərin cəsədi çıxarılıb


  • 14:35

Sentyabrın 13-də İndoneziyada aşan bərədə olan 52 nəfərin meyiti bir neçə gün sonra çıxarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafili məlumat verib.

O bildirib ki, dalğıclar bərənin pəncərələrini suyun altında sındıraraq cəsədlərə çatıblar.

Syafili təxminən 30 metr dərinlikdə yerləşən bərədən 52 nəfərin cəsədinin çıxarıldığını qeyd edib və əməliyyatların davam etdiyini bildirib.

"Hazırda əsas prioritetimiz itkin düşmüş şəxslərin yerini müəyyən etmək və onların ailələrinə məlumat verməkdir", - deyə Syafili söyləyib.

Borneo adasındakı bir şəhərdə yerləşən xəstəxanaya aparılan cəsədlər şəxsiyyətləri müəyyən edildikdən sonra ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, göyərtəsində 243 nəfərin olduğu "Virgo Transport 8" bərəsi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər