- 15:31
"Ehtimal olunan hücum təqdirində biz fərqli silahlardan istifadə edəcəyik".
E-hququ.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbi söyləyib.
İranın döyüş əməliyyatları zamanı istifadə etdiyi silahların mənzili, dağıdıcı gücü və dəqiqliyinin düşməni heyrətə saldığını vurğulayan Möhebbi, ABŞ və İsrailin İranın raket və PUA imkanları barədə yanlış təsəvvürlərə malik olduğunu bildirib.
ABŞ-nin yüksək hərbi gücünə baxmayaraq Hörmüz boğazını aça bilmədiyini qeyd edən Möhebbi, Amerika hərbi gəmilərinin boğazdan 400 kilometr məsafəyə geri çəkildiyini və Bəhreyndə yerləşdirildiyini vurğuladyıb.
ABŞ hərbi gəmilərinin Hörmüz boğazı ətrafından geri çəkilməsini İran üçün bir qələbə kimi qiymətləndirən Möhebbi dedi
:"İranın hələ istifadə etmədiyi müəyyən imkanları və strateji hədəfləri var. Zərurət yarandıqda bu imkanlar işə salınacaq".
Şəbnəm Mehdizadə